• $
  • £

“Konsertimə gəlmədilər, 20 min borca düşdüm” - Könül Xasıyeva

“Konsertimə gəlmədilər, 20 min borca düşdüm” - Könül Xasıyeva
29.05.2020 09:04
"Müğənni Könül Kərimova, Mirələm Mirələmov məni aldatdılar. Konsertimə gələcəyik dedilər, amma gəlmədilər”.

Bunu Azvision.az -a Xalq artisti Könül Xasıyeva bu yaxınlarda baş tutan konserti barədə danışarkən bildirib. Xanəndə bəzi sənət yoldaşları tərəfindən aldadıldığını söyləyib və yerli tekelanallardan narazılıq edib.
"Bir neçə müğənni, o cümlədən Könül Kərimova, Mirələm Mirələmov konsertə gəlməyə söz vermişdilər, məni aldatdılar, gəlmədilər. Artıq neçənci dəfədir ki, belə edirlər. Gözüm yolda qaldı. Daha sonra efirlərdən çox narazıyam. Konsertimin anonslarını yerləşdirmək üçün güzəştə getmədilər. Çox yüksək qiymətlər dedilər. Halbuki bilirdilər ki, mənim buna gücüm çatmayacaq.

Anonslar olmadığına görə, biletlərimiz kassalarda qaldı, insanlar məlumatsız oldular. Son anda biz biletləri universitetlərə paylayıb, zalı doldura bildik. Digər tərəfdən Heydər Əliyev Sarayının rəhbəri Fərhad müəllim qiymət məsələsində güzəşt etmədi. Biz konsertdən götürdüyümüz pulla yalnız sarayın, ansamblın, rejissorun və kostyumların pulunu ödəyə bildik”.

Xanəndə konsertə görə 20 min manat borca düşüb: "3 ay əziyyət çəkdik, amma heç bir maddi gəlirimiz olmadı. Dəstəyi ancaq cüzi şəkildə, bir neçə şirkət tərəfindən min, iki manat dəyərində aldıq. Vüsalə Səid bizə dəstək oldu. İnternet portallarında anonsu qoydu, sarayın, ansamblın pulunu o reklamlardan çıxara bildik. Bunun hesabına 3 gün ərzində bilet sata bildik.

Yeri gəlmişkən, Səbailin icra başçısına təşəkkürümü bildirirəm. Şəxsən Vüqar müəllim bizə dəstək oldu. Nərimaov rayon icra hakimiyyətinə də minnətdaram. Düzdür, konsertimizdən iki ay qabaq biletləri götürüblər, hələ də verdiyimiz biletlərin pulunu ala bilməmişik, amma verəcəklər, söz veriblər. Konsertdən insanlar çox məmnun qaldılar. Saat 9-da bitməli olan tədbir, saat 12-nin yarısı yekunlaşdı. Heç kim getmək istəmirdi. Nuridə Qurbanova konsertdən 2-3 gün öncə məni qəbul etdi, psixoloji baxımdan təmasda olduq”.

Xalq artisti may ayında da konsert verməyi planlaşdırır: "İndi tanınmış müğənni ilə duet hazırlayıram. Klip də çəkdirəcəyik, efirlərdə oxuyacağıq. İfa etmədiyim nə qədər xalq mahnıları varsa, onları ifa edib, lentə köçürəcəyəm, May ayında yenidən konsert vermək istəyirəm. Səhhətim əladır. Heç nə pulla ölçülmür. Bizim çox gözəl mənəvi dostlarımız var. Mən heç də pis olmuram. Alınar da, alınmaz da. Yetər ki, canımız sağ olsun, ayaqda olaq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Mədəniyyət 18:56
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Mədəniyyət 10:24
Gələcəyin dizaynı - ənənələr və sənətkarlıq rəqəmsal texnologiyalara qarşı...
Züleyxa Hacıyeva vəfat edib
Mədəniyyət 21:48
Züleyxa Hacıyeva vəfat edib
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mədəniyyət 15:42
Vest-Hollivudda azərbaycanlı rəssamların iştirakı ilə "Nazım & Friends" sərgisi açılıb
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Mədəniyyət 16:00
Mehriban Əliyeva Bişkekdə Qırğızıstan mədəniyyəti sərgisində olub
Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub
Mədəniyyət 14:11
Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn olunub
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət 23:30
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol