• $
  • €
  • ₽
  • ₺
  • £

“ƏSA” Teatrı yeni premyeraya hazırlaşır

“ƏSA” Teatrı yeni premyeraya hazırlaşır
29.05.2020 09:14
İnklüziv "ƏSA” Teatrı dekabr ayında növbəti tamaşanın premyerasını təqdim edəcək.
 
Bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.
 Onun sözlərinə görə, hazırda teatrın bütün heyəti yeni tamaşanın üzərində işləyir. "Dekabr ayında premyerasını planlaşdırdığımız tamaşanın üzərində işləyirik. Bu dəfə dünya klassikasından J.B.Molyerin "Xəsis” əsərinə müraciət etmişik.
 
Əsərin motivləri əsasında quruluş verilən tamaşanın adı "And” olacaq. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə klassik əsər əsasında modern tamaşa hazırlayır. Əminliklə bildirirəm ki, teatrımızın repertuarına daxil olan "And” tamaşası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacaq”. Tamaşada rolları Elşən Əsgərov, Səmayə Ağayarova, Rafael Şahbəyli, Könül Şahbazova, Elsevər Rəhimov, Aysel Feziyeva, İmran Lalayev, Cəmilə Məmmədli, Elvin Mirzəyev, Günay Məmmədova, Orxan Əliyev, Bəhram Rəhimli, Fərid Əliyev və Rəsul Zəkiyev ifa edəcək. Baş menecerin bildirdiyinə görə, tamaşanın premyera tarixi tezliklə dəqiqləşəcək. Bu barədə tamaşaçılara ətraflı məlumat veriləcək.
 
Qeyd edək ki, "And” tamaşası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanır. Xatırladaq ki, 4-cü teatr mövsümünü yaşayan inklüziv "ƏSA” Teatrı yarandığı vaxtdan bu günədək dünya və Azərbaycan ədəbiyyatının ən parlaq əsərlərini səhnələşdirib. Teatr 2018-ci ildə "Cümhuriyyət İli” və 2019-cu ildə isə "Nəsimi ili”nə öz töhfəsini verərək, ictimaiyyət nümayəndələri və sıravi tamaşa

çıların rəğbətlə qarşıladığı premyera nümayişləri edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol