• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda polis radio verilişi açdı, general özü efirə çıxdı - FOTO

Azərbaycanda polis radio verilişi açdı, general özü efirə çıxdı - FOTO
29.05.2020 08:15
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Azərbaycan Radiosu ilə birgə layihəsi olan "Təhlükəsiz yol” proqramı fəaliyyətə başlayıb.

Anews.az "avtosfer.az"a istinadən xəbər verir ki, dekabrın 16-da efirə çıxmış proqramın ilk buraxılışının qonağı Baş İdarənin rəisi polis general-mayoru Ramiz Zeynalov olub.

R.Zeynalov DİN rəhbərliyinin təşəbbüsü ilə yaradılmış bu proqramın əsas məqsədinin baş verə biləcək yol-nəqliyyat hadisələrinin vaxtında qarşısının alınması üçün hərəkət iştirakçılarının maariflənməsi, yol hərəkətinin təşkilində və bu sahədə qanunvericilikdəki yeniliklər barədə məlumatların verilməsi, dinləyicilərlə birbaşa canlı ünsiyyət yaratmaqla mövcud olan problemləri dinləyib həlli istiqamətində operativ tədbirlər görmək olduğunu bildirib, yaradıcı kollektivə müvəffəqiyyətlər arzulayıb.

Hər həftənin I, III və V günləri saat 17:00-dan 18:00-dək yayımlanacaq proqramda təkcə aparıcıların deyil, həm də Baş DYP İdarəsinin müxtəlif xidmətlər üzrə çalışan əməkdaşlarının çıxışı nəzərdə tutulur ki, bu da vətəndaşlardan alınmış məlumatların hansısa üçüncü şəxsə ötürülməsi deyil, məhz həmin əməkdaş tərəfindən icrası təmin olunacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


DYP Bakıda iki nəfərin öldüyü qəza barədə məlumat yayıb
Cəmiyyət 14:07
DYP Bakıda iki nəfərin öldüyü qəza barədə məlumat yayıb

Sabah yağış yağacaq
Cəmiyyət 13:17
Sabah yağış yağacaq

8 Noyabr prospektində hərəkət bərpa olunub
Cəmiyyət 13:11
8 Noyabr prospektində hərəkət bərpa olunub
AGMA məktəblərdə vahid geyim qaydalarına riayət etməyə çağırıb
Cəmiyyət 10:49
AGMA məktəblərdə vahid geyim qaydalarına riayət etməyə çağırıb

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Cəmiyyət 10:20
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Səhiyyə Nazirliyinin adından yayılan hicabla bağlı məktubun saxta olduğu bildirilib
Cəmiyyət 09:47
Səhiyyə Nazirliyinin adından yayılan hicabla bağlı məktubun saxta olduğu bildirilib

Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
Cəmiyyət 09:38
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
Sumqayıtda bağçada yıxılan azyaşlının qolu qırılıb -Video
Cəmiyyət 23:57
Sumqayıtda bağçada yıxılan azyaşlının qolu qırılıb -Video
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Cəmiyyət 20:03
Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox