• $
  • £

"Lady Sharm" mağazalar şəbəkəsinin rəhbəri hakim qarşısında

20.02.2020 22:00
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Lady Sharm” mağazalar şəbəkəsinin rəhbəri Elnur İsmayılov, onun qardaşı Səməd İsmayılov və baş mühasib Ziyarət Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Pravda.az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 24-ə təyin edilib.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə istiqamətində aparılan əməliyyat zamanı paytaxt və bölgələrdə fəaliyyət göstərən "Lady Sharm” mağazalar şəbəkəsində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib. 

Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri "Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara "Chanel”, "Fendi”, "Dolce & Gabbana”, "Valentino”, "Chiristian Dior” , "İtterre” və digər dünyaca məhşur bredlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. "Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq "Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

Araşdırmalarla həmçinin "Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta "Made in Turkey” və "Made in İtaly” nişanları tikildiyi məlum olub.

Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşlarının peşəkarlığı sayəsində "Lady Sharm”ın sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatları da əldə edilərək götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paytaxtın iki rayonunda su olmayacaq
Cəmiyyət 23:09
Paytaxtın iki rayonunda su olmayacaq
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:35
Sabah bu ərazilərdə işıq olmayacaq
Bakıda 21 və 30 nömrəli avtobusların dayanacaqları dəyişdirilib
Cəmiyyət 21:41
Bakıda 21 və 30 nömrəli avtobusların dayanacaqları dəyişdirilib
Yardımlı İcra Hakimiyyətində əməliyyat: həbs olunanlar var
Cəmiyyət 18:19
Yardımlı İcra Hakimiyyətində əməliyyat: həbs olunanlar var
Allahşükür Paşazadə İlham Əliyevə təşəkkür edib
Cəmiyyət 17:26
Allahşükür Paşazadə İlham Əliyevə təşəkkür edib
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Cəmiyyət 17:10
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Cəmiyyət 16:51
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Azərbaycan 8 ayda 617 min tondan çox neft məhsulu ixrac edib
Cəmiyyət 15:55
Azərbaycan 8 ayda 617 min tondan çox neft məhsulu ixrac edib

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:09
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol