• $
  • €
  • ₽
  • ₺
  • £

“Xanımla da ayrılmışıq, o, bir otaqdadır, mən bu biri” - Xalq artisti

“Xanımla da ayrılmışıq, o, bir otaqdadır, mən bu biri” - Xalq artisti
28.05.2020 23:50
"İki ay əvvəl Türkiyədə əməliyyat olundum. Bir aydır Bakıya qayıtmışam. Yaxşı ki, vaxtında qayıtdım. Yoxsa indi orada əziyyət çəkərdim. Bəşəriyyəti bürüyən bir virus yayılıb. Oxuyuram, bütün dünyada virusun əlacı axtarılır. Hələ də vaksin tapılmayıb”.

Anews.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev "Səni axtarıram” verilişində deyib.

Aktyor karantin günlərini necə keçirməsindən söz açıb. O, insanlara səslənərək, onları evdə qalmağa çağırıb:

"Təəssüf edirəm ki, insanların çoxu qulaqardına vurur. Baxıram, yaxınlaşıb söz deyirlər, əli ilə itələyir. Siqareti çəkərək, özünə ziyan edirsən. Amma buna yoluxsan, nə qədər adama ziyan vurursan, olursan virus. Mən də evdən çıxmaq, mağazaya getmək, qohumlarla görüşmək istəyirəm. Amma edə bilmirəm, oturmuşam evdə, kitab oxuyuram.

Bəlkə də, bu, Allahın sınağıdır. Papağını qoy qabağına, düşün, səhvlərini fikirləş, özünə hesabat ver. Bəzisi deyir ki, 65 yaşım yoxdu, immunitetim var, mənə heç nə olmaz. Axı bu virus 15 yaşında gəncdə, körpə uşaqda da olur.

Xanımla da ayrılmışıq, o, bir otaqdadır, mən bu biri (gülür). O gün xanıma deyirəm ki, gəl, "hindiyski” görüşək. Ağıllı millətdir, əvvəldən bilirmişlər, koronavirus olacaq, uzaqdan görüşürmüşlər. Biz isə qucaqlaşırıq, öpüşürük”.Axşam.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol