• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankdan daha bir ləğv - SON DƏQİQƏ

Mərkəzi Bankdan daha bir ləğv - SON DƏQİQƏ
28.05.2020 23:38
Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 19 may 2020-ci il tarixli müvafiq qərarı ilə ASC "Standard Insurance” Sığorta Şirkəti kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə "Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.4-cü, 109.1.2-ci, 118.1.1-ci və 118.1.2-ci maddələrinə əsasən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmiş, Şirkətə müvəqqəti inzibatçı təyin edilib, habelə Şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilib.
 
Anews.az Mərkəzi Banka istinadən xəbər verir ki, qanunvericiliyə uyğun olaraq ASC "Standard Insurance” Sığorta Şirkətinin idarəetmə orqanlarının sәlahiyyәtlәri dayandırılıb və həmin səlahiyyətlər müvәqqәti inzibatçıya verilib.
 
"ASC "Standard Insurance” Sığorta Şirkətinin maliyyə vəziyyəti uzun müddətdir ki, pisləşib. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank sığorta sektorunun maliyyə vəziyyətinin qiymətləndirilməsinə başlayıb. Qiymətləndirmə çərçivəsində Şirkətin məcmu kapitalı tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən edilib və kapitalın tam bərpası üçün Şirkətin rəhbərliyi ilə müzakirələr aparılıb. Lakin, səhmdarlar tərəfindən Şirkətin kapitalının tam bərpası üçün konkret plan təqdim edilməyib. "Standard Insurance” Sığorta Şirkətinin səmərəlilik göstəriciləri də xeyli aşağıdır və Şirkət son iki ili zərərlə başa vurub.
 
Şirkətin bazar davranışları, xüsusilə isteklakçıların hüquqlarının müdafiəsi sahəsində olan problemləri barədə onun rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılıb. Şirkətin üzləşdiyi xroniki likvidlik problemi sığorta hadisələrinin tənzimlənməsində ciddi yubanmalara, nəticədə sığorta xidmətləri üzrə istehlakçıların narazılığının artmasına gətirib çıxarıb.
 
Mərkəzi Bank sığorta sektorunun maliyyə dayanıqlığını və sığorta şirkətlərinin bazar davranışlarının qanunvericiliyə uyğunluğunu sistemli olaraq nəzarət altında saxlayır. Görülən bütün tədbirlər sığorta sektorunun inkişafına, sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə yönəlib",- məlumatda deyilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan müəyyən ixrac daşımalarının xərcinin 70%-dək hissəsini qarşılayır
İqtisadiyyat 15:00
Azərbaycan müəyyən ixrac daşımalarının xərcinin 70%-dək hissəsini qarşılayır

Akif Quliyev: Su anbarlarında ehtiyatlar ötən illə müqayisədə 2,2 milyard kubmetr artıb
İqtisadiyyat 13:26
Akif Quliyev: Su anbarlarında ehtiyatlar ötən illə müqayisədə 2,2 milyard kubmetr artıb

Azərbaycanda ödəniş kartlarının sayı 23,4 milyona yaxınlaşıb
İqtisadiyyat 11:55
Azərbaycanda ödəniş kartlarının sayı 23,4 milyona yaxınlaşıb

Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 11:46
Qızıl və gümüş ucuzlaşıb
Onlayn kreditə müraciət edərkən dələduzluğa qarşı diqqətli olmaq lazımdır
İqtisadiyyat 11:19
Onlayn kreditə müraciət edərkən dələduzluğa qarşı diqqətli olmaq lazımdır
Azeri Light Crude Climbs to $127.6 per Barrel
İqtisadiyyat 11:00
Azeri Light Crude Climbs to $127.6 per Barrel
Gold and Silver Futures Retreat on COMEX Exchange
İqtisadiyyat 10:30
Gold and Silver Futures Retreat on COMEX Exchange
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
İqtisadiyyat 16:46
Birbank-dan “7 gözəl gün”: bonuslar və 70%-dək endirim fürsəti
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol