• $
  • €
  • ₽
  • ₺
  • £

Müğənnilər ölkə başçısına və birinci vitse-prezidentə müraciət ünvanladılar

Müğənnilər ölkə başçısına və birinci vitse-prezidentə müraciət ünvanladılar
29.05.2020 11:59


Ötən gün Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, toy və digər kütləvi məclislərin bərpası üçün iyun ayı məqbul hesab olunmur. Onun sözlərinə görə, hazırda 10 nəfərdən çox adamın bir yerə toplaşması qadağandır.

Pravda.az xəbər verir ki, işsiz, xüsusilə toysuz qalan bir sıra şou-biznes nümayəndələri sosial media hesabları vasitəsi ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

Müğənni Sabir Əhmədov müraciətində yazır:

"Müraciətim operativ qərargahadır. Musiqiçilər, müğənnilər, musiqi avadanlıqlarını kirayə verənlər, restoranlarda çalışan ofisiantlar, aşpazlar, qab yuyanlar, xadimələr, avtomobilləri kirayə verənlər, təşkilatçılıqla məşğul olanların hamısı işsiz qalıb. Bu işdən evinə gündəlik çörək pulu aparan şəxslərin siyahısı olduqca böyükdür.

Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, operativ qərargaha müraciət edirəm ki, toylar və el şənlikləri ilə bağlı məsələ bir də nəzərdən keçirilsin.

Hazırda bizim qazanc mənbəyimiz yoxdur. Neçə aydır evdəyik. Bu səbəbdən evə bir manat da olsun pul gətirə bilmirik. Topladığımız pulu xərcləmişik və bu sondur. Sizdən artıq dərəcədə rica edirik bizə yardımçı olasınız”.Oxu.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol