• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin köməkçisi Xalq artistinə zəng vurub səhhətiylə maraqlandı

Prezidentin köməkçisi Xalq artistinə zəng vurub səhhətiylə maraqlandı
14.09.2020 19:16
Xəbər verdiyimiz kimi bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən Xalq artisti Şeyx Əbdül Mahmudbəyovdan xəbər var. 
 
Demokrat.az bildirir ki, Xalq artisti Moderator.az-a açıqlamasında ölkə başçısının köməkçisi Anar Ələkbərovun ona zəng vuraraq onunla maraqlandığını və səhhətində irəliləyişlər olduğunu bildirib:

""Atlas” klinikasında müalicə olunuram. Məni bu vəziyyətə uzman dediyimiz 5-6 adam qoydu. İndi normal həkimlər tapmışıq və irəliləyişlər var. Çox zəiflədim və vaxtında müalicəyə belə başlasaydım, indi daha yaxşı olardım. Həkimlərimdən biri Tibb Universitetinin dosenti Sveta xanımdır və digəri isə terapevt-nervpatoloq Kamran müəllimdir. Hər ikisi peşəkar, bizim tibb təhsili görmüş həkimlərimizdirlər. Mənə görə çox əziyyət çəkirlər və böyük diqqət və qayğı göstərirlər. Həmin o qayğı həmçinin Heydər Əliyev Fondudan da gəlir. Daim məni diqqətdə saxlayırlar. İndi qalanı birinci Allaha, həkimlərə və mənim səbrimə bağlıdır. Sözsüz ki, bunların hamısının arxasında dayanan, problemimi öz üzərinə götürən Heydər Əliyev Fondudur. Onlara təşəkkür edirəm. İndi məni görsəniz, heç tanımazsınız. Səhhətim mərhələ-mərhələ yaxşılığa doğru gedir. Hamınıza təşəkkür edirəm, ona görə ki, vaxtında müraciətimi işıqlandırdınız, yoxsa mən tək bunun öhdəsindən gələ bilməzdim. Anar müəllim o gün vaxt tapıb mənə zəng vurdu, çox sağ olsun. Bir nəfər də ayırıblar ancaq mənim işimlə maraqlanır. Dostum Məhəbbət müəllim də bu işərlə məşğul olur. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol