• $
  • €
  • ₽
  • ₺
  • £

Nərgiz Cəlilovaya AzTV-də yeni vəzifə verildi

Nərgiz Cəlilovaya AzTV-də yeni vəzifə verildi
24.09.2020 15:12
Azərbaycan Televiziyasında tanınmış teleaparıcı Nərgiz Cəlilovaya yeni vəzifə həvalə olunub.

Bu barədə AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib. Bildirilib ki, peşəkar teleaparıcı TV-də Aparıcılar qrupunun bədii rəhbəri vəzifəsinə təyin olunub.

Bu vaxta kimi N.Cəlilova AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında kafedra müdiri vəzifəsində çalışırdı. O, həm də bu vəzifəsində qalacaq.

Nərgiz Cəlilova yeni təyinatı ilə bağlı danışarkən deyib ki, Akademiyaya gələn tələbələr arasında efirə yaraşanları kifayət qədərdir: "Teleradio Akademiyasına gələn tələbələr arasında çox yaxşı nitqi, səlis danışıq qabiliyyəti, gözəl efir səsi olan, savadlı gənclər var. Lakin sanki arada itirlər. Ona görə seçilən uşaqlarla əlavə məşğul olub, müəyyən formatlara hazırlamaq lazımdır. Biz aparıcının daha çox nəyə qadir olduğunu, hansı proqrama yaraşdığını müəyyən etməliyik. Bu, əsas məsələlərdən biridir. Kimsə xəbər proqramı üçün uyğun deyilsə, onu həmin formata yönləndirsək, bu, həmin şəxsin özü üçün də yanlış olar, problemlər yarana bilər”.

N.Cəlilovanın sözlərinə görə, həm AzTV, həm "Mədəniyyət” kanalı, həm də İdman TV-nin aparıcıları ilə məşğul olacaq: "Çalışacağam ki, aparıcılarımızla daim təmasda olum, təcrübəmdən irəli gələrək bildiklərimi onlara çatdırım”.

Məlumat üçün bildirək ki, Nərgiz Cəlilova 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında işə başlayıb. Daha sonra o, müxtəlif televiziyalarda aparıcı, prodüser və digər vəzifələrdə çalışıb.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol