• $
  • €
  • ₽
  • ₺
  • £

Ev almaq istəyənlər üçün sərfəli kredit imkanı

Ev almaq istəyənlər üçün sərfəli  kredit imkanı
24.11.2020 10:32
Müştərilər üçün fərqli üstünlüklər yaradan Azərbaycan Beynəlxalq Bankı daha bir sərfəli məhsulu bazara təqdim edib. Ölkəmizdə bir ilk olan bu məhsul "Əmanətli ipoteka krediti” adlanır. Bu məhsul həm müştərilərin ölkənin etibarlı bankında sərfəli şərtlərlə yığım əmanəti yerləşdirməsinə və ipoteka kreditinin ilkin ödənişini toplamasına şərait yaradır, həm də güzəştli şərtlərlə mənzil almaq ehtiyacını təmin edir.

Müştəri Azərbaycan Beynəlxalq Bankında "Əmanətli ipoteka krediti” hesabı açaraq ora hər ay müəyyən məbləğdə vəsait yerləşdirir. Hesaba mədaxil edilən aylıq yığım məbləği minimum 300 manat olmalıdır. Hesabda toplanmış vəsaitlərə əmanət şərtlərinə uyğun illik faizlər hesablanır.

Əmanət müqaviləsi müştərinin istəyindən asılı olaraq 12, 24 və 36 ay müddətinə bağlanır. Müştəri bu müddətdə vəsaitlərini etibarlı bankda qoruyub eyni zamanda əmanət müddətinin sonunadək yığım məbləğini ödəmək imkanı ilə faiz gəlirləri əldə edir. Əmanət müddəti başa çatdıqdan sonra isə yığılmış əmanətlə istədiyi mənzilin dəyərinin bir hissəsini ilkin ödəniş qismində ödəmək imkanına malik olur. Üstəlik, ipoteka kreditini almaq üçün güzəştli şərtlərdən faydalanmaq imkanı da qazanır.

Belə ki, bu məhsuldan faydalanan müştəri ipoteka kreditini 10%-dən başlayan ilkin ödənişlə və endirimli illik faiz dərəcəsi ilə (9%-dən başlayaraq) əldə edir. İpoteka kreditinin maksimum məbləği 300.000 manatdır. Kreditin rəsmiləşdirilməsi zamanı komissiya haqqı tutulmur. "Əmanətli ipoteka krediti”ndən əmək haqqı alan və aylıq yığım imkanına malik olan hər kəs faydalana bilər.

Məhsul haqqında daha ətraflı məlumatı buradan əldə etmək və  kalkulyator vasitəsilə hesablama aparmaq olar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol