• $
  • £

Azərbaycanda Almaniya bankının ofisi bağlandı

Azərbaycanda Almaniya bankının ofisi bağlandı
14.01.2021 16:11
Almaniyanın KfW inkişaf bankının Azərbaycandakı ofisi 2021-ci ilin yanvar ayından fəaliyyətini dayandırıb.


Anews.az xəbər verir ki, ofisin rəhbəri Natiq Abdullayev bunun səbəbi kimi Azərbaycanda həyata keçirilən layihələrin başa çatmasını göstərib: "Yeni layihələrə və sazişlərə dair danışıqlar aparılmayıb”.


Həmin layihələrdən ötən il başa çatdırılan sonuncusu Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutaraq "Açıq kommunal infrastrukturu proqramı” çərçivəsində hökumətlə birgə həyata keçirilib. Belə ki, KfW-nin ayırdığı kredit hesabına Şəkinin içməli su tələbatının 60 faizi, Gəncənin isə 40-50 faizi qarşılanacaq. Bu rəqəmləri 100 faizə çatdırmaq üçün qalan işlər dövlət büdcəsi hesabına görülməlidir.


Bütövlükdə su təchizatı ilə bağlı KfW hökumətə ümumi məbləği 137 milyon avro olan iki kredit ayırıb. Bunların birincisi 2006-cı ilin oktyabr ayında Bern şəhərində imzalanmış müqaviləyə görə 37 milyon avro həcmində 10 ili güzəştli şərtlərlə olmaqla 40 il müddətinə illik 0,75 faizlə, ikincisi də 2012-ci ilin dekabr ayında imzalanmış müqaviləyə əsasən 3 ili güzəştli şərtlərlə olmaqla 12 il müddətinə illik 1,96 faizlə ayrılıb.


Bununla yanaşı, xaricdən yalnız texniki səciyyəli layihələr üçün kredit cəlb etmək barədə yeni siyasətə uyğun olaraq hökumət KfW-nin alternativ enerji mənbələrinin inkişafına dair 130 milyon avroluq, su təchizatı proqramına əlavə maliyyə üçün 250 milyon avroluq, sahibkarlığın inkişafına dair 5 milyon avroluq kreditlərindən imtina etmişdi. Bütövlükdə 2012-ci ildən sonra həmin bankdan yeni kreditlər cəlb olunmayıb.


Bununla belə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması üçün hökumətin xaricdən maliyə vəsaiti cəlb etmək siyasətinə müvəqqəti yumşalma gətiriləcəyi istisna deyil.


"Azərbaycan hökuməti maliyyə dəstəyi üçün banka müraciət edərsə, veriləcək təkliflərə baxmağa hazırıq”, - deyə KfW təmsilçisi N.Abdullayev qeyd edib.


Qeyd edək ki, 1994-cü ildən başlayan birgə əməkdaşlıq müddətində KfW Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə 240 milyon avrodan artıq vəsait ayırıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Cəmiyyət 17:24
Sabirabadda avtomobilin vurduğu piyada ölüb
Sabah çimərliklərdə hava necə olacaq?
Cəmiyyət 15:30
Sabah çimərliklərdə hava necə olacaq?
İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb
Cəmiyyət 14:52
İsmayıllıda iki nəfərin öldüyü qəzanın baş vermə səbəbi açıqlanıb
ABŞ-də anomal istilər: 20-dən çox ölən var
Cəmiyyət 14:33
ABŞ-də anomal istilər: 20-dən çox ölən var
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - Yenilənib
Cəmiyyət 13:47
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib - Yenilənib
Sabahın hava proqnozu
Cəmiyyət 12:42
Sabahın hava proqnozu
FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
Cəmiyyət 12:02
FHN: Həkəri çayında batan şəxsin axtarışları aparılır
Həbs edilən İlduzə Hacıyeva qəza yerindən qaçmayıb - vəkil Hikmət Əliyev
Cəmiyyət 11:10
Həbs edilən İlduzə Hacıyeva qəza yerindən qaçmayıb - vəkil Hikmət Əliyev
Ölkə ərazisinin bəzi yerlərində şimşək çaxıb, yağış yağıb - Faktiki hava
Cəmiyyət 10:30
Ölkə ərazisinin bəzi yerlərində şimşək çaxıb, yağış yağıb - Faktiki hava
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol