• $
  • €
  • ₽
  • ₺
  • £

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən "Bir topa adam" filmi təqdim edildi

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çəkilən
12.02.2021 13:03
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Bir topa adam" filmi bu günlərdə izləyicilərə təqdim edilib. "Qarabağ” silsiləsindən birinci film olan "Bir topa adam" filmində Qarabağ münaqişəsinin başlamasına rəvac verən hadisələr, ermənilərin törətdiyi qətliamlar, eyni zamanda bu müharibə fonunda baş verənlər real faktlarla ekranlaşdırılıb. Vətənpərvərlik mövzusunda çəkilən filmin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və müharibənin faciəvi nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. "Planet Parni iz Baku Films” şirkətinin çəkdiyi ekran əsərinin senari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, rejissoru isə Ənvər Mansurovdur. Qeyd edək ki, filmin çəkilməsinə "Nar” da dəstək olub. 

Tahir İmanovun sözlərinə görə, kino informasiya müharibəsinin ən güclü vasitələrindən biri olduğu üçün Vətən müharibəsinin gərgin dövrlərində Qarabağ münaqişəsi haqqında film çəkmək qərarına gəlirlər: "Həqiqətləri dünyaya çatdırmaq üçün filmlər çox güclü vasitələrdən biridir. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir neçə film çəkməyi planlaşdırırıq. "Bir topa adam" filmində biz müharibənin əslində necə başladığını göstərməyə çalışmışıq. Biz bir ailənin prizmasından müharibənin dəhşətlərini canlandırmışıq. Filmin çəkilişində göstərdiyi dəstəyə görə "Nar”a öz təşəkkürümüzü bildirirk”. 

Qeyd edək ki, filmin tam versiyasına aşağıdakı link vasitəsilə baxmaq olar: https://www.youtube.com/watch?v=qgMnNvdS8Co



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol