• $
  • €
  • ₽
  • ₺
  • £

16 saylı poliklinikada vaksinasiya qaydaları kobud şəkildə pozulur

16 saylı poliklinikada vaksinasiya  qaydaları kobud şəkildə pozulur
25.03.2021 15:20
Bakıda koronavirus əleyhinə vaksinasiya zamanı qayda pozuntuları ilə bağlı  vətəndaşlardan şikayətlər daxil olmaqda davam edir. Jurnalist Nailə Balayevanın Turan-a verdiyi məlumata görə, o, martın 24-də həyat yoldaşı, tarixçi Aydın Balayevlə birlikdə Çində istehsal edilən Sinovak (Koronavak) vaksininin birinci dozasını vurdurmaq üçün Bakıdakı 16 saylı poliklinikaya gəlib. Onlar Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı təlimatına əsasən, əvvəlcədən randevu.its.gov.az saytında elektron növbədə qeydiyyatdan keçiblər, saat 10.00-11.00 radələrində poliklinikada olmalı olduqları barədə mesaj alıblar.

Amma tibbi müəssisəsində onlar izdihamla qarşılaşıblar. Qapının ağzında dayanan əməkdaş Balayevlərə üzərində 48 və 49 rəqəmləri yazılmış əzilmiş, dəfələrlə istifadə edilmiş kartonlar verib. Elektron növbə haqqında suala cavabda deyib ki, o, boş şeydir, real növbə buradadır, elektron sənəd isə nəzərə alınmır. Vaksinasiyaya gələnlərin yaşı yerində yoxlanılmırdı.

Bir saat gözlədikdən sonra Balayevlərin növbəsi çatıb. Onlar kişi üçün vaksini digər otaqda şprisə dolduran tibb bacısı Lyudmila Qaralovanın iş metodunu gördükdə qəzəbləniblər. Vətəndaşlar sudan deyil, vaksindən istifadə edildiyindən, məhlulun əvvəlki xəstələr üçün açılmış ampuladan yığılmadığından əmin ola bilməyiblər.

Jurnalist 16 saylı poliklinikanın baş həkimi Sara Cabbarlıya şikayət edib, o isə cavabında deyib: Siz peyvənd olundunuz, tabeliyimdəki insanla necə rəftar edəcəyimə isə mən özüm qərar verəcəyəm.

Balayeva Turan-la söhbətində poliklinikadakı izdihamın səbəbini izah edib: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron sistemində vaksinin 18.00-a qədər vurulması mümkünlüyü bildirilsə də, 16 saylı poliklinikada vaksinasiya saat 10.00-dan 14.00-a qədər həyata keçirilir. Saat 17.00-da gələn vətəndaşlar növbəti gün vaksinasiya üçün qayıtmaq məcburiyyətində qalırlar.

Turan ilk dəfə martın 5-də Xırdalanda 5 nömrəli məktəb binasında vaksinasiya ilə bağlı belə qarışıqlıq haqqında yazmışdı. Elektron növbədə qeydiyyatdan keçən iqtisadçı Samir Əliyev həyat yoldaşı ilə birlikdə qapalı məktəb binasında, gözləyənlərin heç də hamısının maska taxmadığı izdiham içərisində canlı növbə tutmaq məcburiyyətində qalıb. Bu şəraitdə vətəndaşlar koronavirusa yoluxa bilərlər, axı növbədə dayananlara peyvənd vurulmayıb və onlar riskli yaş qrupuna daxildirlər.

Turan-da olan məlumata görə, Bakıdakı 7 nömrəli poliklinikada əhalinin vaksinasiyası prosesi qaydalara uyğun, elektron növbə əsasında həyata keçirilir. Bu barədə məlumat verən şəxs növbədə gözləmə, səthi həkim müayinəsi və bilavasitə vaksinasiyadan sonra xəstənin vəziyyətinin 30 dəqiqəlik müşahidəsi də daxil olmaqla, proseduru 40 dəqiqə ərzində keçib.

Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyindən vəziyyəti Turan-a şərh edərkən bildiriblər ki, vaksinasiya yerlərində izdihamı onlayn növbə götürməyən, həmçinin müəyyən edilmiş vaxtdan tez və ya gec gələn vətəndaşlar yaradır.

Əməkdaşlar müəyyən edilmiş vaxta riayət etmədən gələn yaşlı şəxslərə peyvənd vurmaqdan imtina etmirlər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən əlavə ediblər ki, vətəndaşların elektron növbədən istifadə etməsində israr edirlər, özləri onlayn qeydiyyatdan keçə bilməyənlər isə kömək üçün yaşadıqları yer üzrə poliklinikaya müraciət edə bilərlər.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol