• $
  • €
  • ₽
  • ₺
  • £

Toylarla bağlı açıqlama: 30-40 nəfərlə...

Toylarla bağlı açıqlama: 30-40 nəfərlə...
13.04.2021 20:14
"Ümumiyyətlə biz toy deyəndə Azərbaycanda ənənəvi toy üslubunu nəzərdə tutmuruq. Son illərdə keçirilən toylar şadlıq evlərini doydurmaq üçün bir vasitə idi. Bu isə əslində insanların soyulma mexanizmi kimi anlaşılır”.
 
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa "AzTV”-nin efirində yayımlanan "Çıxışa doğru” proqramında qonaq olarkən deyib.
 
O bildirib ki, bu mövzuda vətəndaşlar da bir az şöhrətpərəstdir:
 
"Onlar öz maraqlarına uyğun olaraq toy məclisinə ailə sütunun qurulması kimi deyil, göstəriş məqsədi kimi yanaşırdılar. Çalışırdılar imkanları daxilində, hətta imkanlarından da artıq səviyyədə insanları təəccübləndirəcək toy məclisləri keçirsinlər. Lakin bu gün biz bu modeldə toylardan, yanaşmadan danışmırıq. Sadəcə bir ailənin qurulmasından söhbət gedir ki, bu demoqrafik, sosial problemdir. Bunu qadağa ilə həll etmək olmaz. Bizim yanaşmamız odur ki, 10, 20, 30 ya 50 nəfərlə olsun toyların keçirilməsinə icazə verilməlidir. Bu qadağalara sərt şəkildə əməl olunmasına nəzrət olunsa bəs edir. Amma toyları birbaşa qadağa etmək gələcək demoqrafik problemlərə, sosial narazılığa, ailəiçi münaisbətlərin pozulmasına yol açacaq.
 
Bunu statistik faktlara əsaslandıra bilriik. 2020-ci ildə bağlanan 35 min nikahın 14-15 mini boşanma ilə yekunlaşıb. Bu ümumi rəqəmin üçdən biri deməkdir. Bu da cəmiyyətdə sosial problemlərin yaranması deməkdir. Odur ki, mənim təklifim odur ki, ofisiant, müğənni, xidmətçi də daxil və s. hər kəs daxil olmaqla ümumilikdə 30-40 nəfərdən ibarət toylara icazə verilsin. Bəy və gəlinin adına bankda hesab açılsın və iştirak edə bilməyən şəxslər də ailənin təməlinin qoyulmasına dəstək olmaq istəyirlərsə, gedib pul köçürürlər. Belə baxanda toyda da iştirak etmiş sayılırlar. Onsuzda Avropada kartla alış-verişə tam keçilib, amma biz hələ də cibimizdə pulu hiss etməliyik. Koronavirus bir bəladır gəlib, amma bu bəlaya görə tam qadağa edəndə böyük narazılıq yaranır. Qadağan etmək olmaz. Qaydalara sərt formada riayət edilməsinə diqqət olunmalıdır. İnsanları evinə qapadıb, işləmələrinə mane oluruqsa gərək onların maddi təminatını verməliyik. Bunu etmək üçün böyük imkanımız yoxdursa, o zaman qadağan etmək olmaz çünki insanlar narazı olacaqdır. Qadağa çıxış yolu deyil, mütləq çıxış yolu tapılmalıdır”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol