• $
  • £

“Şərqin Muğam Sədası” festivalı keçirilib

“Şərqin Muğam Sədası” festivalı keçirilib
22.04.2021 15:25
Əvvəlcə festival aparacıları ”Azərbaycan Mədəniyyəti” sosial platforması haqqında məlumat verərək bildirdi ki, artıq 4 ildir Nicat Müslümovun rəhbərliyi ilə "Azərbaycan Mədəniyyəti” platforması mədəniyyət incilərimizin, korifeylərimizin, ustadlarmızın, sənətkarlarımızın tanıtımı və təbliğində böyük uğurlar qazanıb. Məqsəd isə həm yerli gənclərə, həm də ölkədən kənarda yaşayan həmvətənlilərimizlə yanaşı əcnəbilərə də Azərbaycan muğamını, mədəniyyətini, incəsənətini sevdirmək və tanıtmaq olub.

Bugün də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətimizə, incəsənətimizə xususilə muğam sənətinə olan gayğısı danılmazdır.

Festival ifaçıların mahnıları ilə davam edib.

Ülkər Orucova – Getmə, getmə, gəl
Nərmin Mirzəyeva- Qarabağ şikəstəsi
Türkan Səfərova – Qarabağ mahnısı
Günel İsgəndorava- Yaşa Azərbaycan
mahnlların ifa ediblər.

Festivalın media koordinatoru Nigar İmaməliyeva çıxış edərək, "Azərbaycan Mədəniyyəti” platformasına muğam ilə əlaqədar belə festivalın həyata keçirilməsinə görə, təşəkkürünü bildirərək muğamımızın, mədəniyyətimizin təbliği yolunda uğurlar arzulayıb. Festivalın çox dəyərli, hörmətli qonaqlarından biri də sağlam qidalanma üzrə mütəxəssis, Azərbaycan Türkiyə Qida Təhlükəsizlik İctmai Birliyin sədri Məhsəti xanım Hüseynova olub. Bundan başqa Türkiyədə Bengü Türk Tv-də yayımlanan "Azərbaycan Rüzgarı" programının müəllifi və aparıcısı, ictimai fəal Səidə Ömər də festivalın fəxri qonaqları arasında idi.

Digər fəxri qonaqlarımız içərisində hər zaman həm sosial, həm siyasi müstəvidə öz sözünü demiş ictimai-siyasi fəal jurnalistlərdən Azxeber.com saytının təsisçilərindən Əfsələddin Ağalarov və Hacıbəy Heydərli, "Yeni Çağ Media" Qrupunun direktoru Aqil Ələsgər və İslahatçı Gənclər İctimai Birliyinin sədri, eyni zamanda Editor.az saytının Baş redaktoru Farid Şahbazlı və "Azərbaycan Mədəniyyəti” platformasının media rəhbəri Fidan Oruc Əliyeva da iştirak edirdi. Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədova da festivala qatılan qonaqlar arasında yer alıb.

"Şərqin Muğam Sədası” adlı beynəlxalq festivalda bir neçə ölkələrdən əcnəbi vətəndaşlar, çox dəyərli qonaqlar və dəyərli jurnalistlər də iştirak edib. Çexiyadan olan fəxri qonaq Sabina xanım Vankova Azərbaycan musiqisinə, muğamla sevgisini ifadə edərək, layihə rəhbərinə təşəkkürünü bildirib. Növbəti fəxri qonaq isə Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının Baş katibi Mirvari xanım Fətəliyeva olub. Mirvari xanım da platforma rəhbəri Nicat bəyə təşəbbüsə görə, minnətdarlığını bildirərək "Şərqin Muğam Sədası” festivalının təşkil olunmasını yüksək qiymətləndirdiyini bildi
Qeyd edək ki, festival iki dildə - Azərbaycan və İngilis dillərində təşkil olunub. "Şərqin Muğam Sədası” festivalında Türkiyə, Pakistan, ABŞ və digər xarici ölkələrdən dəvətlilər qoşulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol