Ramin Hüseynov “AccessBank”a Maliyyə üzrə Baş Direktor təyin olunub
Bu gündən etibarən
Ramin Hüseynov "AccessBank”da Maliyyə üzrə Baş Direktor vəzifəsində fəaliyyətə
başlayır. Cənab Hüseynov bank və real sektorda ümumilikdə 15 illik iş təcrübəsinə
malikdir. Onun əsas fəaliyyəti
maliyyə idarəetməsi və nəzarət, restrukturizasiya və sağlamlaşdırma, biznesin
optimizasiyası və risklərin idarə olunması kimi sahələri əhatə edir.
R. Hüseynov əmək fəaliyyətinə 2004-cü ildə AR Mərkəzi
Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində başlayıb,
2008-2013-cü illər ərzində həmin departamentin Xarici nəzarət şöbəsinə rəhbərlik
edib.
2015-ci ildən AccessBank-a
qoşulanadək tikinti və istehsalat sektorlarında maliyyə üzrə rəhbər vəzifələrdə
çalışıb.
O, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad
Universitetində maliyyə üzrə bakalavr, 2014-cü ildə isə ABŞ-ın Corc Vaşinqton
Universitetində maliyyə üzrə magistr dərəcəsinə yiyələnib. ABŞ-ın "Fulbrayt” proqramının təqaüdçüsüdür.
R.Hüseynov Azərbaycan Mühasiblər və Risk Peşəkarları
Assosiasiyasının Direktorlar Şurasının üzvüdür.
Azərbaycan, rus və ingilis dillərini bilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
17:13
Bakıda yeni salınmış parkda Təbiət Tarixi Muzeyi yaradılacaq — 22,5 milyon manat ayrıldı
İqtisadiyyat
17:05
Azərbaycanda səmt qazı hasilatı ilk yarımillikdə 6,5% artaraq 7,8 milyard kubmetri keçib
İqtisadiyyat
16:56
Azərbaycanın tranzit neft və qaz gəlirlərinin icrasında kəskin azalma qeydə alınıb
İqtisadiyyat
16:46
"Qarabağ" yatağının işlənilməsi üzrə yekun investisiya qərarı 2027-ci ildə verilə bilər — bp
İqtisadiyyat
16:01
Suriya ABŞ sanksiyalarının ləğvi müqabilində Rusiya neftinin idxalını azaltmağa razılaşıb
İqtisadiyyat
14:59
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
Son xəbərlər
Cəmiyyət
17:57
İqtisadiyyat
17:13
İqtisadiyyat
17:05
İqtisadiyyat
16:56
İqtisadiyyat
16:46