• $
  • £

Azərbaycan ən çox tələb edilən məhsulun ixracını dayandırıb - SİYAHI

Azərbaycan ən çox tələb edilən məhsulun ixracını dayandırıb - SİYAHI
18.05.2021 13:33
2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan 131 milyon 543,3 min dollar dəyərində 119 min 961,4 ton çəkidə meyvə-tərəvəz ixrac edilib.

 Dövlət Gömrük Komitəsinin məlumatınaa görə, ümumi ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1 998,5 ton və ya 1,6 faiz, ixracdan əldə etdiyimiz gəlir isə 22,4 milyon dollar və ya 14,5 faiz azalıb.

Təkcə aprel ayında 30,1 min ton meyvə-tərəvəz ixracı baş tutub və bir ay ərzində bu ixracdan 34,3 milyon dollar gəlir əldə edilib. Azərbaycan ötən ilin aprel ayı ilə müqayisədə meyvə-tərəvəz ixracını 19,5 faiz azaldıb.

Azərbaycanın meyvə-tərəvəz ixracının əsasını təşkil edən məhsullar aşağıdakılardır:

Tomat (pomidor) - 36,7 min ton çəkidə (ötən ilin eyni dövrü ilə müqayisədə (illik müqayisədə) 37,8 faiz az); İxracdan əldə edilən gəlir - 42,3 milyon dollar (illik müqayisədə 42,4 faiz az).

Meşə fındığı - 5,8 min ton çəkidə (illik müqayisədə 17,8 faiz az); İxracdan əldə edilən gəlir - 35,3 milyon dollar (illik müqayisədə 18,4 faiz az).

Alma - 20,9 min ton çəkidə (illik müqayisədə 5,7 faiz çox); İxracdan əldə edilən gəlir - 8,7 milyon dollar (illik müqayisədə 4,5 faiz çox).

Azərbaycanın xaricdə ən çox tələb olunan xurma məhsulu üzrə ötən ay ixrac baş tutmayıb və ilin ilk dörd ayı üçün ixrac həcmləri dəyişməz olaraq qalıb.

Xurma - 42,3 min ton çəkidə; İxracdan əldə edilən gəlir - 31,9 milyon dollar. İxrac həcmi və ixrac dəyəri 2020-ci ilin ilk dörd ayı ilə müqayisədə 2,3 dəfə çox olub.

Nar - 1,9 min ton; İxracdan əldə edilən gəlir - 3 milyon dollara yaxın.

2021-ci ilin dörd ay ərzində ixrac edilən meyvə-tərəvəz məhsullarından əldə edilən gəlirin həcmi ümumi ixracdan əldə edilən gəlirin 2,1 faizini təşkil edib.(oxuaz)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:50
Faktiki hava açıqlanıb
DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 10:25
DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Cəmiyyət 10:10
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 09:45
FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq
Cəmiyyət 09:06
Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq
Ağdamda maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:00
Ağdamda maşınlar toqquşub, 4 nəfər xəsarət alıb
Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb
Cəmiyyət 19:00
Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
Cəmiyyət 18:35
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib
İsmayıllıda 23 yaşlı kişi su kanalında batıb
Cəmiyyət 18:13
İsmayıllıda 23 yaşlı kişi su kanalında batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol