Lavrovla Mirzoyan Qarabağı müzakirə etdilər
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın telefon danışığı olub.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Nazirlər Qarabağla bağlı məsələlərin geniş spektrini müzakirə ediblər. Məsələnin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli və uzunmüddətli həllinin vacibliyi qeyd edilib.
Lavrovla Mirzoyan "3+3” formatını, regional və beynəlxalq gündəlikdəki məsələləri də müzakirə ediblər.
www.anews.az