Azərbaycan hərbi qulluqçusu ŞƏHİD OLDU
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcərin istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan hərbi qulluqçusu, əsgər Əliyev Asif Adil oğlu şəhid olub, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!", - deyə məlumatda qeyd edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər