Helikopter qəzasında yaralanan hərbçilərdən XƏBƏR VAR
Noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan helikopterdə yaralanan hərbçilərin səhhəti yaxşıdır.
Yaralılar polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov müalicə aldıqları xəstəxanadan evə buraxılıblar.
DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.
www.anews.az