Bu gün Moskvada “3+2” formatında ilk görüş keçiriləcək
Bu gün Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə "3+2” formatında regional platformanın ilk toplantısı keçiriləcək.
İclasa beş ölkənin xarici işlər nazirlərinin müavinləri qatılacaq.
Toplantıda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı isə XİN başçısının müavini Andrey Rudenko təmsil edəcək.
Danışıqların "3+3” formatında keçirilməsi təklif olunurdu. Amma Gürcüstan Moskva toplantısında iştirakdan imtina edib.
www.anews.az