Rusiya sülhməramlıları Qarabağda yol tikintisi zamanı təhlükəsizliyi təmin edib
Rusiya sülhməramlı kontingentinin hərbçiləri Şuşa rayonunda yolların bərpası işləri apararan işçilərin təhlükəsizliyini təmin ediblər.
Anews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.
Hazırda humanitar cavab mərkəzinin mütəxəssisləri təhlükəsizliyi təmin etməklə Dağlıq Qarabağda tərəflərin demarkasiyası xətti boyunca yolun 15 km-dən artıq hissəsini artıq bərpa ediblər. Ümumilikdə yolun 30 km-lik hissəsinin bərpası nəzərdə tutulub.
"Yol işlərinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür. Rusiya sülhməramlı kontingenti sayəsində yol işçiləri yolu təhlükəsiz şəkildə bərpa edə bilirlər. Bu ərazi tərəflərin demarkasiya xəttinə yaxın yerləşdiyindən administrasiya yol işlərinin təhlükəsizliyini təmin etmək xahişi ilə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib. Bu mərhələdə yolun 15 km-dən çoxu artıq bərpa olunub", - deyə Rusiya sülhməramlı kontingentinin sözçüsü Danil Nikitin bildirib.
Bu yol həm mülki şəxslərin yaşayış məntəqələri arasında təhlükəsiz hərəkətinə, həm də sülhməramlıların yeni patrul marşrutunun yaradılmasına xidmət edəcək. Yol tikintisi işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Qarabağın ucqar ərazilərində təhlükəsizliyin təmin edilməsi üzrə tapşırıqların yerinə yetirilməsi üçün cədvəl tərtib edilir ki, ona əsasən Rusiya sülhməramlıları Xankəndi şəhərində Rusiya sülhməramlı kontingentinin ictimai qəbulu vasitəsilə daxil olmuş müraciətləri işləyirlər.
www.anews.az

Rusiya Humanitar Cavab Mərkəzinin mütəxəssisləri kənd təsərrüfatı, mühəndislik və profilaktik işlər zamanı, eləcə də zəvvarların Qarabağda monastır komplekslərini ziyarət edərkən mülki şəxslər də daxil olmaqla, regionda təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif tapşırıqları yerinə yetirirlər.
Rusiya Federasiyası, Azərbaycan və Ermənistan rəhbərlərinın imzaladığı birgə bəyanata əsasən Qarabağ ərazisində 10 noyabr 2020 -ci il Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs elan edilib və Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingentibu ərazidə yerləşdirilib.
www.anews.az