• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ səfirliyi bəyanat YAYDI

ABŞ səfirliyi bəyanat YAYDI
10.12.2021 18:00
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb.

Anews.az xəbər verir ki, bu barədə səfirliyinin rəsmi saytında qey olunub.

Səfirin bəyanatında bildirilir:

"Hər il 10 dekabr tarixində dünya Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul etdiyi günü düşünməyə vaxt ayırır. 70 ildən çox əvvəl qəbul edilmiş bu sənəd irqindən, rəngindən, dinindən, cinsindən, genderindən, dilindən, siyasi və digər baxışlarından, milli və ya sosial mənşəyindən və yaxud da digər statusundan asılı olmayaraq bütün insanların bərabər olduğunu bəyan edir.

2021-ci il İnsan Hüquqları Gününün mövzusu Bərabərlikdir – bütün insanlar ləyaqət və hüquqlar baxımından azad və bərabər doğulur. Bu bərabərlik və ayrı-seçkiliyə yol verməmək prinsipləri insan hüquqlarının əsasını təşkil edir.

Bu il bərabərlik haqqında düşünərkən diqqətimi gender bərabərliyinə, xüsusən də bütün qadınlar və qızlar üçün bərabər hüquqlara olan ehtiyaca yönəldirəm. Bütün dünyada biz, qadınların və qızların bacarıq və potensialına qoyulan kiçik sərmayələrin təkcə qadın və qızların özləri üçün deyil, həm də onların ailələri və icmaları üçün necə transformativ nəticələr verə biləcəyini görmüşük. Bu, ABŞ-də də belədir, Azərbaycanda da.

Qadınlar və qızlar dünya əhalisinin yarısını təşkil edir. Ancaq çox vaxt onların səsləri və təcrübələri eşidilmir və ya dinlənilmir. Onlar siyasi və iqtisadi güc mərkəzlərində az təmsil olunur və yoxsulluqda çoxluq təşkil edirlər.

Bərabərlik çətindir. Bərabərlik əmək tələb edir. Bərabərlik sizdən fərqli ola biləcək insanların hüquqlarının müdafiəsində fəal olmaq deməkdir. Bu il Birləşmiş Ştatlar cəmiyyətin bütün aspektlərində, o cümlədən mülki, iqtisadi və siyasi fəaliyyətlərdə qadın və qızlar da daxil olmaqla, bütün insanların tam iştirakını təşviq etmək üçün ilk milli gender strategiyamızı nəşr etdi.

Dünyanın heç bir ölkəsində gender bərabərliyinə nail olunmayıb. Biz hamımız dəyişikliyə səbəb ola bilərik. İnsan Hüquqları Günündə mən sizi "bərabərlik” sözünün sizin üçün, sizin həyatınız üçün və ən əsası ətrafınızdakı insanların həyatı üçün nə demək olduğunu düşünməyə dəvət edirəm. Biz təkcə bu gün deyil, hər gün hamının, o cümlədən qadınların və qızların hüquqlarını qorumaq üçün birləşsək, hamı üçün daha parlaq gələcək qura bilərik”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Siyasət 21:57
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Siyasət 20:00
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir
Siyasət 13:32
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir

Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Siyasət 13:25
Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Siyasət 12:36
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Siyasət 12:29
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir
Siyasət 11:50
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir

Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
Siyasət 11:21
Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol