• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN Ermənistanın təxribatlarına münasibət bildirdi

Azərbaycan XİN Ermənistanın təxribatlarına münasibət bildirdi
11.12.2021 11:24
Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam etdirib, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin ( XİN)  bəyanatında bildirilib.

"8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub.

9-10 dekabr tarixlərində isə Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini intensiv atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəfin təxribatlarının qarşısı alınıb.

Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən müvafiq addımların atıldığı bir vaxtda, xüsusilə də 3+3 formatlı məsləhətləşmələr mexanizminin Moskva görüşü ərəfəsində Ermənistan tərəfinin təxribatçı fəaliyyətini davam etdirməsi, bu ölkənin aqressiv mövqeyini və regional sülh quruculuğu səylərinə xələl gətirdiyini nümayiş etdirir.

İki dövlət sərhədində yaşanan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən qanlı cinayətin məsuliyyəti birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ermənistan XİN-in Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda ittiham etməsi tamamilə əsassızdır. Məhz bu kimi saxta ittihamların qarşısını almaq üçün Azərbaycan iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasının tərəfdarıdır.

Əgər Ermənistan həqiqətən bölgədə sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmalı və imitasiyalara son verməlidir.

Ermənistan tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götütdüyü öhdəliklərə uyğun olaraq, üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq", - XİN-dən bildirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Siyasət 21:57
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Siyasət 20:00
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir
Siyasət 13:32
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir

Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Siyasət 13:25
Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Siyasət 12:36
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Siyasət 12:29
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir
Siyasət 11:50
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir

Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
Siyasət 11:21
Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol