• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin deputatları Avstriyaya gedir

Milli Məclisin deputatları Avstriyaya gedir
11.12.2021 12:22
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili, qrupun üzvləri Əminə Ağazadə və Elnur Allahverdiyev dekabrın 12-də Avstriyanın Vyana şəhərinə yola düşəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, deputatlar Avstriya-Cənubi Qafqaz ikitərəfli parlament qrupunun üzvləri, Avstriya parlamentinin Xarici siyasət komitəsinin, bu ölkənin Aşağı Avstriya Federal Vilayəti hökumətinin və vilayətin İqtisadiyyat Palatasının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişaf istiqamətləri və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində deputatların Avstriyada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarının toplantısında iştirakı da nəzərdə tutulur.

Səfər dekabrın 15-də başa çatacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Siyasət 21:57
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Siyasət 20:00
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir
Siyasət 13:32
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir

Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Siyasət 13:25
Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Siyasət 12:36
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Siyasət 12:29
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir
Siyasət 11:50
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir

Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
Siyasət 11:21
Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol