Parlamentdə spiker ilə deputat arasında mübahisə düşdü
Milli Məclisdə Sahibə Qafarova ilə Sabir Rüstəmxanlı arasında mübahisə yaşanıb.
Anews.az xəbər verir ki, deputat Sabir Rüstəmxanlı "Məşğulluq haqqında” parlamentdə çıxışı zamanı bildirib ki, ortaya iş qoyulmur.
Anews.az xəbər verir ki, deputat Sabir Rüstəmxanlı "Məşğulluq haqqında” parlamentdə çıxışı zamanı bildirib ki, ortaya iş qoyulmur.
"Rayonda iş yerləri yoxdur deyə hamı köçüb Bakıya gəlir. "Burada biz qanunları gurultulu şəkildə qəbul edirik. Amma faktiki olaraq işsizlik var ölkədə. Bundan əlavə, qanunda özünəməşğul ifadəsi işlədilir. Bu adam nə işlə məşğul olur ki, özünə məşğul sayılır? Bu terminlərə fikri vermək lazımdır", deyə Sabir Rüstəmxanlı qeyd edib.
Spiker Sahibə Qafarova Sabir Rüstəmxanlının bu fikirlərinə sərt cavab verib və bildirib ki, burda qanunlar necə gəldi qəbul olunmur.
"Hər bir deputat öz fikrini ifadə edə bilir. Siz elə dediniz ki, elə bir hər yer dağılıb. Necə yəni ortada bir şey yoxdur? Ölkədə bu qədər işlər görülür. Bu boyda işlərdən sonra demək olarmı ki, heç nə yoxdur. Mən indiyə kimi icazə verməmişəm ki, kiminsə sözünü təhrif edim. Buna mənim tərbiyəm də imkan verməz. Nə eşitdimsə, ona da reaksiya verdim. Əlavə müzakirə etmək istəmirəm", deyə spiker deyib.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı
www.anews.az