Son 1 həftədə Xocavəndə gələn erməniləri sayı açıqlandı
Rusiya sülhməramlı kontingentinin hərbçiləri bir həftə ərzində Amaras monastır kompleksini ziyarət edən 250-dən çox zəvvarın təhlükəsizliyini təmin ediblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Zəvvarlar Xankəndi şəhərindən və monastıra bitişik qəsəbələrdən ibadət üçün Xocavənd rayonuna gəliblər.
"Rusiya sülhməramlı kontingenti Amaras kompleksində zəvvarların təhlükəsizliyini təmin etmək tapşırığını yerinə yetirir. Zəvvarlar həm mərkəzləşdirilmiş şəkildə konvoyda, həm də şəxsi avtomobillə gəlirlər və xidmətdən bir gün əvvəl şəxsi heyət kompleksdə partlayıcı maddələrin olub olmadığını yoxlayır", - deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Yelena Tsarevskaya bildirib.
Rusiya Federasiyası, Azərbaycan və Ermənistan rəhbərlərinın imzaladığı birgə bəyanata əsasən Qarabağ ərazisində 10 noyabr 2020 -ci il Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs elan edilib və Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingenti bu ərazidə yerləşdirilib.
www.anews.az