İlham Əliyev müharibədən sonrakı hərbi vəziyyətdən DANIŞDI
Müharibənin nəticəsi Azərbaycanın döyüş təcrübəsinə marağı artırıb, bunu Prezident İlham Əliyev "El Pais" qəzetinə verdiyi müsahibədə jurnalistin "Müharibənin nəticəsi Sizin hərbi məhsullara marağınızı artırıbmı?” sualına cavabında deyib.
"Lakin müharibəyə ilk gündən son günədək rəhbərlik edən Ali Baş Komandan olaraq sizə bir daha deyə bilərəm ki, bunu necə etdiyimizi izah etmək çətin olar. Çünki siz bunu hiss etməlisiniz. Çünki biz demək olar ki, 30 il ərzində ermənilərin işğalından, təhqirindən, təkəbbüründən əziyyət çəkirdik.
Onlar bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq bizim torpaqlarda oturmuşdular, torpaqlarımızı dağıdırdılar, iddia edirdilər ki, bu torpaq onlara məxsusdur. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti - onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi, lakin onlar, sadəcə, orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik orada oturacaqlar.
www.anews.az