İstanbul-İrəvan reysləri ilə bağlı Çavuşoğludan AÇIQLAMA
Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-İrəvan-İstanbul reyslərinin açılması məsələsi ilə bağlı müraciətlərini nəzərdən keçirir, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinə səfərinin yekunları ilə bağlı jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, aviaşirkətlərin müraciətlərinə Nəqliyyat Nazirliyində və Mülki Aviasiya Baş İdarəsində baxılır.
www.anews.az