Rusiyadan Qarabağdakı ermənilərə növbəti yardım
Dekabrın 16-sı Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri İrəvandan Laçın dəhlizi vasitəsilə Xankəndi şəhərinə gələn 10 tonluq humanitar yükdən ibarət karvanın təhlükəsizliyini təmin ediblər.
Anews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.
Xeyriyyə təşkilatlarından gələn humanitar yük Moskvadan Rusiya Müdafiə Nazirliyinin hərbi-nəqliyyat təyyarəsi ilə çatdırılıb. Dağlıq Qarabağın şəhərlərindən və ucqar rayonlarından olan aztəminatlı və çoxuşaqlı ailələrin uşaqları üçün yükə isti paltar və adyal, şirniyyat dəstləri, uşaq oyuncaqları, stolüstü və öyrədici oyunlar daxildir.
"Xeyriyyə Təşkilatlarının Mərhəmət Assosiasiyası və Rusiya sülhməramlı kontingenti Xankəndinə daha bir humanitar yardım partiyası gətirib. Əsasən ucqar kəndlərində yaşayan uşaqlar üçün nəzərdə tutulub. Yeni il bayramları ərəfəsində olduğumuz üçün qəsəbələrə oyuncaq və şirniyyatlar paylanacaq . Biz də 400 adyal gətirdik. Rusiya sülhməramlı kontingentinin köməyinə görə, təşəkkür edirəm və qarşılıqlı fəaliyyətimizin indi olduğu kimi məhsuldar olacağına əminəm və hər birimizə dinc səma, sevinc və xoşbəxtlik arzulayıram", - deyə "Mercy" xeyriyyə fondunun nümayəndəsi Alesya Podolskaya bildirib.
Rusiya sülhməramlıları mütəmadi olaraq yerli sakinlərlə işləmək, köməyə daha çox ehtiyacı olanlar haqqında məlumat toplamaq, xeyriyyə təşkilatları ilə qarşılıqlı əlaqə yaratmaq və lazımi humanitar yardımı Dağlıq Qarabağdakı uşaq təhsil müəssisələrinə və ailələrə köçürmək üçün tədbirlər keçirir. Humanitar cavab mərkəzinin mütəxəssisləri məlumat toplayıb emal etdikdən sonra bayramqabağı Qarabağın ucqar yaşayış məntəqələrində humanitar aksiyalar təşkil edəcəklər.
Rusiya Federasiyası, Azərbaycan və Ermənistan rəhbərlərinın imzaladığı birgə bəyanata əsasən Qarabağ ərazisində 10 noyabr 2020 -ci il Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs elan edilib və Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatlar dayandırılıb.
Dağlıq Qarabağda atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya Federasiyasının sülhməramlı kontingentibu ərazidə yerləşdirilib.
Hazırladı: Fehruz Rza
www.anews.az