Horadiz-Ağbənd yolunda aşkarlanan minaların sayı AÇIQLANIB
Horadiz-Ağbənd avtomobil yolunda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən ümumən 752 ədəd mina və partlamamış hərbi sursat olmaqla, 396 ədəd piyada əleyhinə mina, 25 ədəd tank əleyhinə mina və 331 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.
www.anews.az
Müvafiq yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına agentlik cari ilin 31 avqust tarixində başlayıb. Sifarişə əsasən, avtomobil yolunun 22-ci km-dən 36-cı km-dək olan hissəsinin, yəni 14 kilometrədək ərazinin təmizlənməsi nəzərdə tutulur. Onun 6 kilometri, və ya 190 ha ərazisi tam olaraq mina və PHS-lərdən təmizlənib.
Minatəmizləmə əməliyyatları ANAMA, eləcə də Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Layihə üzrə minatəmizləmə əməliyyatlarına 2021-ci il 1 iyun tarixində başlanılıb və 558 ha ərazi təmizlənib. (report)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər