Azərbaycan Birgə Bəyannaməni hansı şərtlərlə qəbul edib? - XİN-dən açıqlama
"Məlum olduğu kimi, dünən Brüssel şəhərində Şərq Tərəfdaşlığının 6-cı Zirvə toplantısı keçirilib və tədbirin yekununda birgə bəyannamə qəbul edilib. Bəyannamədə Azərbaycan üçün əhəmiyyət kəsb edən bir sıra məsələlər əks olunub, o cümlədən Aİ bütün tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyib, Azərbaycan – Aİ yeni ikitərəfli saziş layihəsi üzrə davam edən danışıqlar alqışlanıb, Aİ-yə qaz təchizatı mənbələri və marşrutlarının şaxələndirilməsinə verdiyi töhfə baxımından Cənub Qaz Dəhlizi layihəsinin yekunlaşdırılması alqışlanıb”.
"Birgə Bəyammamədə, həmçinin pandemiyanın qarşısının alınması, onun nəticələrinin yumşaldılması və aradan qaldırılmasında qlobal həmrəylik, gücləndirilmiş əməkdaşlıq və çoxtərəfliliyə çağırış edilib. Bu, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində COVİD-19 ilə mübarizə istiqamətində fəaliyyət prioritetləri ilə uyğunluq təşkil edir.
Onu da vurğulamaq istərdik ki, Azərbaycan hər zaman Şərq Tərəfdaşlığı proqramının qarşıdurma məzmununda qurulmasının əleyhinə olub. Bu prinsip Birgə Bəyannamənin özündə də əks olunub", - XİN rəsmisi qeyd edib.
"Ölkəmizin mövqeyi ondan ibarətdir ki, Aİ üzv ölkələri və tərəfdaş ölkələr üçüncü ölkələrlə münasibətlərində müşahidə olunan çağırış və çətinlikləri ŞT proqramına gətirməməlidirlər.
Birgə Bəyannamədə Belarusla bağlı əks olunmuş fikirlərin Azərbaycanın xarici siyasət prinsiplərinə uyğun olmaması səbəbindən Azərbaycan, Birgə Bəyannaməni öz qeyd-şərti ilə qəbul edib. Yəni, Azərbaycan Belarusla bağlı 11-ci bənddəki mövqeyi bölüşmədiyini bildirib.
Azərbaycan isə verdiyi qeyd-şərtdə həmin ərazilərdə fəaliyyətin ərazinin məxsus olduğu ölkənin müraciəti və razılığı ilə həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Bu mövqe isə bilavasitə beynəlxalq hüquqa və dövlətlərin suveren hüquqlarına əsaslanır".
www.anews.az