• $ 1.7
  • € 1.9934
  • ₽ 0.02266
  • ₺ 0.0376
  • £ 2.3114

Ərdoğandan lirənin məzənnəsi ilə bağlı - Açıqlama

Ərdoğandan lirənin məzənnəsi ilə bağlı - Açıqlama
20.12.2021 22:31
"Biz məzənnəni sabitləşdirəcəyik. Əziz millətim, biz sizi sevirik, sizə inanırıq. 19 il Türkiyənin haradan haraya gəldiyini siz çox yaxşı bilirsiniz, bilirik”.

"Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, dünyada pul bolluğu xərcləri və nəticədə qiymətləri artırdı:

"Bizim iqtisadiyyatda "Dünya 5-dən böyükdür” deməyimizin səbəbi də özlərini böyük kimi qələmə verən ölkələrin olmasıdır. Bu oyuna gəlməyəcəyimizi deyirik. Buna görə investisiya, məşğulluq və ixracat deyirik. Bu ölkə daha idxal cənnəti olmayacaq, bu ölkə öz alın təri ilə başqalarının rifahını maliyyələşdirən ölkə olmayacaq.

Biz vəzifəyə başlayanda BVF-yə 23,5 milyard dollar borcumuz var idi. Hazırda BVF-yə borcumuz yoxdur. Kamal bəy, (CHP lideri Kamal Kılıçdaroğlu - red.) biz bu borc yükünü haradan aldıq? Sizdən aldıq”.
Qeyd edək ki, bu gün Türkiyə lirəsi növbəti dəfə rekord səviyyədə dəyər itirib. Belə ki, təxminən 1 ABŞ dolları 18 lirəyə bərabər olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Dünya 18:55
ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü
Zelenski İrəvana səfər edib
Dünya 16:20
Zelenski İrəvana səfər edib
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
Dünya 14:48
“Konqres Trampın daha bir addımını bloklaya bilər” –“Fox News”
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Dünya 23:59
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Dünya 21:30
Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Dünya 14:30
Cevdet Yılmaz Ermənistana səfər edəcək
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
Dünya 09:09
Pentaqon 5000 ABŞ hərbçisini Almaniyadan çıxaracaq
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
Dünya 08:57
ABŞ Yaxın Şərq müttəfiqlərinə 8,6 milyard dollarlıq silah satışını təsdiqləyib
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Dünya 23:24
ABŞ Qəzza zolağında atəşkəs müşahidə missiyasını dayandırır - KİV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol