Azərbaycan və Ermənistan yol əlaqəsini bərpa edə bilər
Ermənistan və Azərbaycan Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisini 2-3 il ərzində başa çatdırmağı planlaşdırır.
Anews.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana səfəri zamanı deyib.
"Artıq Azərbaycan prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var. Söhbət Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpasından gedir. Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq", - deyə Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, bunun üçün razılaşmaların icrası üzərində işləmək lazımdır.
O, avtomobil hərəkətinin bərpa oluna biləcəyini də açıqlayıb.
Bundan əvvəl Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun uzunluğu təqribən 340 km olacağını, bunun 45-i Ermənistan ərazisindən keçəcəyini bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 16-sı Azərbaycan prezidenti ilə Soçidə (Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə) və Brüsseldə (Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə) görüşlərdə razılıq əldə olunduğunu təsdiqləyib. bu dəmir yolunun tikintisinə nail olundu və təsdiq edildi. Bununla bağlı Ermənistanın Baş naziri yolun Ermənistan tərəfinə düşən hissəsinin tikintisi üçün hazırlıq işlərinə başlanılması barədə göstəriş verib.
www.anews.az