Əli Əsədov türkiyəli nazir ilə görüşüb
Bu gün Baş nazir Əli Əsədov Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib.
Cari ilin fevralında Ankarada keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 9-cu iclasında əldə olunmuş razılıqların iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi baxımından vacibliyi qeyd edilib.
Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunularaq, birgə həyata keçirilən transmilli layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu xüsusi vurğulanıb.
www.anews.az