Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında plan imzalanıb
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq planı" imzalanıb, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze imzalayıblar.
www.anews.az