“Ukraynaya dəstəyinə görə Azərbaycan Prezidentinə minnətdarıq”
Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən görkəmli dövlət xadimlərindən biridir.
Onun sözlərinə görə, Prezident İlham Əliyev çox çətin geosiyasi şəraitdə Azərbaycanda sabitliyi qoruyub saxladı və möhkəmləndirdi, ölkəni inamla irəli apardı.
"Prezident İlham Əliyev Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlığı möhkəmləndirib. Biz Onu Ukraynanın əsl dostu hesab edirik. Çətin anlarda Ukraynaya dostluğuna və dəstəyinə görə Azərbaycan Prezidentinə minnətdarıq”, - deyə ukraynalı deputat əlavə edib.
AŞPA-nın vitse-prezidenti qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevirib.
www.anews.az