• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Bosniya və Hersoqovina səfirliklər açacaq - Nazir

Azərbaycan və Bosniya və Hersoqovina səfirliklər açacaq - Nazir
23.12.2021 13:42
Azərbaycan və Bosniya və Hersoqovina parlamentləri tərəfindən qəbul olunan qərarla iki ölkədə səfirlik açılacaq. 

Anews.az xəbər verir ki, bu sözləri Bosniya və Hersoqovinanın xarici işlər naziri Bisera Turkoviç azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. 

"Bu qərar iki ölkə arasında insanların bir-birinə daha yaxın olmasına şərait yaradacaq. Fürsətdən istifadə edərək Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edirik. Xüsusilə də koronavirus zamanı göstərdiyi dəstəyə görə...
Ölkələr arasında məsafə çoxdur, amma bu əlaqələrimizi azaltmalı deyil. Bu görüşü də ona görə qərarlaşdırdıq ki, iki ölkə arasında bağlanacaq müqavilələri tezləşdirək. Bundan başqa, Qarabağ məsələsini müzakirə etdik. Bununla bağlı bizim parlament qətnamə qəbul etmişdi. Həmin qətnamə ilə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bundan sonra da bu, belə olacaq. Ümid edirəm ki, gələn dəfə görüşümüz səfirliklərin açılışında olacaq".
 

Bosniya və Herseqovinanın xarici işlər naziri deyib ki, ölkələr arasında siyasi dialoq yüksək səviyyədə inkişaf edir.


"Görüşdə Cənubi Qafqaz və Balkanlarda mövcud vəziyyət, ikitərəfli və çoxtərəfli əməkdaşlıq geniş müzakirə edildi. Yaxın zamanda səfirliklərimiz əməli fəaliyyətə başlayacaq ki, bu da mövcud əlaqələrimizi genişləndirəcək. Habelə siyasi məsləhətləşmələrin mexanizminə başlamaq barədə razılıq əldə olundu. Bu, hər iki bölgədə vəziyyəti geniş başa düşməyə imkan verəcək”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir
Siyasət 13:32
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir

Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Siyasət 13:25
Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Siyasət 12:36
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Siyasət 12:29
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir
Siyasət 11:50
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir

Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
Siyasət 11:21
Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol