Parlamentin komitə iclaslarının vaxtı açıqlanıb
Milli Məclisin yaz sessiyasının komitə iclaslarını yanvarın 17-dən başlayır.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Parlamentin plenar iclasları isə 1 fevraldan start götürəcək. İclasda yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq. Yaz sessiyası 31 mayadək davam edəcək.
www.anews.az