• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Tbilisini də “3+3” formatında görmək istəyir

Rusiya Tbilisini də “3+3” formatında görmək istəyir
14.01.2022 20:44
"Gürcüstanın "3+3” formatına qoşulması Tbilisinin də maraqlarına uyğundur".

Anews.az  xəbər verir ki, bunu mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Dekabrın 10-da Moskvada beş ölkənin - Ermənistan, Rusiya, İran, Türkiyə, Azərbaycanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində "3+3” regional məsləhətçi platformasının ilk iclası keçirilib.

Rusiyalı nazir qeyd edib ki, Moskva bu regional platformanın işini dəstəkləyir və iştirak edir:

"Onlar (format iştirakçıları - red.) Cənubi Qafqazda vəziyyətin normallaşmasına töhfə verir və mövcud siyasi problemlərin daha fəal, daha səmərəli, o cümlədən regionun üç ölkəsi və onların üç böyük qonşusu - Rusiya, Türkiyə və İran arasında iqtisadi və digər əməkdaşlığın inkişafı yolu ilə həllinə şərait yaratmağa kömək edir".
Lavrov qeyd edib ki, Moskva Azərbaycan və Türkiyə liderlərinin səsləndirdiyi "3+3” formatının yaradılması ideyasını fəal şəkildə dəstəkləyib.

"Biz dərhal bu təşəbbüsdə çox yaxşı birləşdirici potensialın olduğunu gördük. Həm müzakirənin ilk günlərindən, həm də Moskvada keçirilən görüşə hazırlıq zamanı biz gürcü qonşularımızın da bu prosesə cəlb olunmasını müdafiə etdik", - Rusiya XİN rəhbəri deyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Siyasət 21:57
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Siyasət 20:00
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir
Siyasət 13:32
Hindistan Azərbaycanla ticarət və investisiya əlaqələrini genişləndirmək niyyətindədir

Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Siyasət 13:25
Ceyhun Bayramov: Azərbaycanda 30-dan çox Hindistan filmi çəkilib
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Siyasət 12:36
Spikerin müavini : hərbçilər fəlsəfə və ədəbiyyatı da bilməlidirlər
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Siyasət 12:29
Müharibədən sonra hərbi xidmət haqqında yeni qanuna ehtiyac var - deputat
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir
Siyasət 11:50
Azərbaycanda altıncı sosial islahat paketi hazırlanır - nazir

Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
Siyasət 11:21
Azərbaycan və Hindistan XİN rəhbərlərinin görüşü başlayıb
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol