Avropanı qorxaq adlandıran Ukrayna rəsmisi - "Neytral status barədə danışıqlara hazırıq"
Ukrayna Rusiya ilə neytral statusa dair danışıqlara hazırdır. Lakin bunun üçün Kiyev Moskvadan təhlükəsizlik zəmanəti almaq istəyir, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
"Ukrayna həmişə danışıqlar üçün açıqdır. O cümlədən indi. Yəni Rusiya tammiqyaslı işğala başlayanda. Bu müharibə dayandırılmalıdır. Bu hərbi əməliyyatlar dayandırılmalıdır", - Podolyak deyib.
Rəsminin sözlərinə görə, Kiyevdə rəsmi Moskvanın "danışmaq istəyində" olması barədə məlumat var. "Onlar neytral statusdan danışmaq istəyirlərsə, biz belə müzakirədən qorxmuruq. Yeganə sual budur ki, təhlükəsizliyi kim və necə təmin edə bilər".
Podolyak həmçinin Zelenski dediyi kimi Avropanı Ukrayna tərəfdə döyüşməyə və onu NATO-a götürməyə hazır olmadığını da vurğulayıb. Bu o deməkdir ki, "onlar qorxurlar” deyə Ukrayna rəsmisi vurğulayıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər