• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gecə Ukraynada nə baş verib? - QISA İCMAL

Bu gecə Ukraynada nə baş verib? - QISA İCMAL
26.02.2022 10:42
Ukrayna-Rusiya müharibəsinin ikinci gecəsi baş verənləri qısaca ümumiləşdirmək olar.


- Ukraynadan gələn məlumatlara görə, tərəflərin mövqelərində ciddi dəyişiklik baş verməyib, rus ordusu irəliləməyib, Kiyevə və digər böyük şəhərlərə hücum hələ qeydə alınmayıb. 
 
- Kiyevdən cənub-qərbdə, aviabazanın yerləşdiyi Vasilkov şəhərində şiddətli döyüş baş verib. 
 
- Kiyevin kənarında atışmalar qeydə alınıb. 
 
- Ölkənin cənubunda - Yeni Kaxovkada, Xersonda və Odessa vilayətində  döyüşlər və  atışmalar olub.
 
- ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Avstraliya Rusiya prezidenti Vladimir Putin və Rusiya xarici işlər naziri Sergey Lavrovun  şəxsi aktivlərinə sanksiyalar qoyub.
 
- ABŞ prezidenti  Ukraynaya təcili 600 milyon dollar yardım göstərilməsi haqqında sənəd imzalayıb, əlavə olaraq Bayden administrasiyası Konqresdən Ukraynaya 6,4 milyard dollarlıq humanitar və hərbi yardım paketini təsdiq etməyi xahiş edib.

- Rusiya BMT Təhlükəsizlik Şurasının Ukraynaya hücumunu pisləyən qətnaməsinə veto qoyub.
 
Hazırladı: Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Dünya 13:11
Zelenski Gürcüstana qarşı sanksiyalar tətbiq edib
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Dünya 11:07
Ukrayna qoşunları Rusiyanın içinə doğru irəliləyir
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
Dünya 13:18
Beynəlxalq Bankın sabiq rəhbərinin Londonda olan malikanəsi müsadirə olunub
İran ABŞ-la danışıqlara hazırdır
Dünya 15:28
İran ABŞ-la danışıqlara hazırdır
 Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Dünya 13:35
Baydeni seçkidə kim əvəz edə bilər? - Financial Times
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb  - Video
Dünya 15:29
Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb - Video
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Dünya 23:21
Türk lirəsi 7% ucuzlaşaraq yeni rekord həddə düşüb
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Dünya 06:29
Ərdoğan Ankarada tərəfdarları qarşısında çıxış edib -VİDEO
Rusiya  taxıl müqaviləsini uzatmayacağını bildirib
Dünya 16:17
Rusiya taxıl müqaviləsini uzatmayacağını bildirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol