• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov BMT baş katibi ilə regional və qlobal məsələləri müzakirə edib

Ceyhun Bayramov BMT baş katibi ilə regional və qlobal məsələləri müzakirə edib
26.09.2026 08:33

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

Görüşdə regional və beynəlxalq gündəmdəki məsələlər, Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığı, eləcə də çoxtərəflilik və beynəlxalq hüquqa verdiyi töhfələr müzakirə olunub.

Tərəflər Azərbaycanın donor ölkə kimi fəaliyyəti və humanitar təşəbbüsləri barədə də fikir mübadiləsi aparıblar.

Görüşdə qlobal iqlim fəaliyyəti və dayanıqlı inkişaf məsələlərinə də toxunulub. Azərbaycanın COP29-a ev sahibliyi, həmçinin bərpaolunan enerji, nəqliyyat və regional bağlantı sahələrində rolu qeyd edilib.

Bayramov Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində son irəliləyişlər barədə məlumat verib. Nazir həmçinin Cənubi Qafqazda etimadın qurulması, keçmiş məcburi köçkünlərin geri qayıtması üçün aparılan bərpa-quruculuq işləri və minatəmizləmə fəaliyyəti barədə danışıb.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol