Bu gün BMT Baş Assambleyasında Rusiyanın məsələsinə baxılacaq
Fevralın 27-də BMT Təhlükəsizlik Şurası BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasına səs verəcək. Həmin sessiyada Rusiyanın Ukraynaya hücumunu pisləyən qətnamənin qəbulu gözlənilir. Təhlükəsizlik Şurasının iclası Ukraynanın tələbi və ABŞ ilə Albaniya tərəfindən çağırılıb.
Bir gün əvvəl Təhlükəsizlik Şurasında səsvermə zamanı Rusiya onun Ukraynaya təcavüzü ilə bağlı qəbul olunmalı qətnaməyə veto qoyub. Odur ki, indi qətnamə müəllifləri onu Baş Assambleyanın iclasına təqdim etmək istəyndədirlər.
Təhlükəsizlik Şurasında 15 ölkədən 11-i qətnamənin lehinə səs verib. Baş Assambleyanın sessiyasının çağırılması üçün isə doqquz səs kifayətdir.
"France Press” agentliyi adlarının anonim saxlanmasını istəyən diplomatlara istinadən bildirir ki, Ukrayna və onun müttəfiqləri dünyanın 193 ölkəsindən ən azı 100-dən çoxunun Baş Assambleyanın sessiyasında Rusiyanı pisləyəcək və onun BMT Nizamnaməsini pozması ilə bağlı sənədə səs verəcəklər.
Təhlükəsizlik Şurasının daimi üzvlərinin Baş Assambleyanın sessiyalarında veto qoymaq hüququ yoxdur. Amma onu da nəzərə almaq lazımdır ki, Təhlükəsizlik Şurasının qətnamələrindən fərqli olaraq Baş Assambleyanın qətnamələrinin mütləq yerinə yetirilməsi kimi öhdəlik yoxdur.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər