Putin nüvə müharibəsinə hazırlaşır? - TƏCİLİ
Prezident Vladimir Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə çəkindirici qüvvələrini xüsusi hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.
"Görürsüz ki, Qərb ölkələri bizə qarşı yalnız qeyri legitim iqtisadi sanksiyalar tətbiq etmir həmçinin NATO üzvü olan aparıcı ölkələrin yüksək səviyyəli rəsmiləri ölkəmizə qarşı aqressiv bəyanatlar verirlər. Bu səbəbdən müdafiə nazirinə və Baş Qərargah rəisinə Rusiya ordusunun çəkindirici qüvvələrini xüsusi döyüş rejiminə keçirməyi əmr edirəm”, - deyə Putin bildirib.
Rusiya Müdafiə Nazirliyinin saytındakı yerləşdirilmiş kataloqa görə, strateji çəkindirici qüvvələrə Rusiya və onun müttəfiqlərinə qarşı təcavüzün qarşısını almaq, habelə təcavüzkarı atəşkəslə məğlub etmək üçün nəzərdə tutulmuş Rusiya Silahlı Qüvvələrinin bütün döyüş arsenalı daxildir. Bu zaman müxtəlif növ silahlardan o cümlədən nüvə silahından da istifadə oluna bilər.
Çəkindirici qüvvələrinin "xüsusi rejim”ə keçirilməsi dedikdə nəyin konkret nəzərdə tutulduğu deyilmir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər