Ukrayna-Rusiya arasında danışıqlar başladı - TƏCİLİ - YENİLƏNİR
Rusiya ilə Ukrayna arasında danışıqlar başlayıb,RİA Novosti”nin məlumatına görə, Belarusun xarici işlər naziri Vladimir Makey danışıqlarda iştirak edir.
----------------------
Ukrayna-Rusiya danışıqları bu gün Moskva vaxtı ilə saat 12.00-da baş tutacaq, bunu danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski bildirib.
Ukraynalılar danışıqlara Polşa helikopterində uçur. Ukrayna tərəfi də danışıqların saat 12.00-da baş tutacağını bildirir.
"Sluqi naroda" təşkilatının nümayəndəsi Yevgeniya Kravçuk bildirib ki, Ukrayna nümayəndə heyəti danışıqlarda iştirak etmək üçün Polşa helikopterində yola düşüb, bir saat yarım ərzində danışıqlara başlanacaq.
Danışıqlarda Ukraynanı Xarici İşlər Nazirinin müavini Nikolay Toçitski təmsil edəcək.
O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.
O, Ukraynanın aparıcı diplomatlarından biridir. Eyni zamanda ölkənin Avropa İttifaqı missiyasındakı rəhbəri olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər