Rusiyada uşaqlara döyüş təlimi keçiriləcək
Rusiyada uşaqlara döyüş təlimi keçiriləcək, bu barədə ölkənin Təhsil Nazirliyi məlumat yayıb.
Televiziyada yayımlanacaq təlimlərdə uşaqlara "Ukraynadakı azadlıq müharibəsinin Rusiyaya nə üçün gərəkli olduğu, NATO-nun ölkə üçün necə təhlükə yaratdığı, Rusiyanın Donetsk və Luqansk xalqlarını müdafiə etməsinin vacibliyi” izah ediləcək.
Təhsil Nazirliyinin Facebook sosial şəbəkəsində verdiyi açıqlamada uşaqlara "gerçəyi yalandan ayırmağın” yolunun izah ediləcəyi bildirilib. Rusiyanın Ukraynaya müdaxiləsinin "xilasetmə missiyası” kimi təsvir olunduğu təlimdə son vaxtlar internet mediasında paylaşılan foto və videolar da yer alacaq.
Bu gün yayımlanacaq maarifləndirici videoçarxı izləmək şagirdlər üçün məcburi olacaq.
Bundan əlavə, məktəblərdə uşaqlara Rusiyanın müharibə ilə bağlı təbliğatını əks etdirən vərəqələr paylanacaq. Sənədlərdə Ukraynanın 2014-cü ildən "marionet rejim tərəfindən idarə edildiyi” və ölkənin şərqində soyqırımın törədildiyi barədə məlumatlar əks olunacaq.
Bu ilin 24 fevralından Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. (sözçü qəzeti)
Ləman Qasımova
www.anews.az