Ukraynada raket avtomobilin üzərinə düşüb - Azərbaycanlı öldü
Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində bir azərbaycanlı həlak olub, bunu Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib.
O qeyd edib ki, hadisə avtomobilin raket atəşinə tutulması nəticəsində baş verib.
"Maşında olan bir azərbaycanlı ölüb, biri isə yaralanıb. Meyit şəhərdəki məscidə gətirilib. Hələ şəxsiyyəti bilinmir", - deyə o bildirib.
Babayev deyib ki, Nikolayev şəhərində 14 minə yaxın azərbaycanlı yaşayır.
24 fevralda Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər