Kiyev yaxınlığında döyüşlər gedir, Xarkov və Çerniqov atəş altındadır - RƏSMİ
Ukraynada vəziyyət nəzarət altındadır, amma Rusiya Silahlı Qüvvələri öz rezervlərini və arxa cəbhədən gələn təminatı artıraraq ayrı-ayrı istiqamətlər üzrə hücuma keçib, bunu cümə günü Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç bildirib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri ən çox Enerqodarda uğur qazanıblar. Onlar Zaporojye AES ələ keçiriblər. Amma Nikolayev şəhərini almaq səyləri baş tutmayıb.
"Kiyevin şimal-qərbində aviasiya və artileriyadan istifadə etməklə ağır döyüşlər gedir. Ukrayna ordusu düşmənin qarşısını alır", - Arestoviç deyib.
O, həmçinin Xarkov, Axtırka və Çerniqova ağır həmlələr edildiyini bildirib.
Mariupol düşmənin tam mühasirəsinə düşməsə də orada da vəziyyt gərgindir.
www.anews.az