"Swarovski" Rusiyada onlayn satışları dayandırır
Zərgərlik, geyim və işıqlandırma istehsalçıları üçün kristalların tədarükçüsü olan "Swarovski" Rusiyadakı onlayn mağazasında satışları dayandırıb. Hazırda şirkətin saytında yalnız satışın bağlanması ilə bağlı xəbər yerləşdirilib, məhsulları görmək mümkün deyil, bu barədə "Gazeta.ru" yazır.
Rusiyadakı butiklərdə satışın dayandırılacağı barədə məlumat verilməyib.
Artıq onlarla şirkət Ukraynadakı müharibəyə görə Rusiyadakı fəaliyyətini məhdudlaşdırıb. Zərgərlik brendləri arasında "Swarovski" birincidir.
www.anews.az